Rəsmi və işgüzar sənədlərin dilinə xas olan, standart formalara əsaslanan funksional üslub.
Rəsmi-işgüzar üslubun inkişafı dövlətçilik və müstəqillik ənənələrinin getdikcə inkişaf etməsi ilə bağlıdır. Rəsmi sənədlərə konstitusiya, qanun, qərar, məcəllə, sərəncam, fərman, əmr və s. daxildir. İşgüzar sənədlərin əsas növləri isə ərizə, tərcümeyi-hal, elan, bildiriş, arayış, akt, protokol, izahat və s.-dir. Rəsmi-işgüzar üslubun əsas xüsusiyyətləri: 1. Fikir müəyyən standart formalarda və yığcam şəkildə verilir. 2. Obrazlı ifadələr işlədilmir. 3. Fərdi nitq ünsürlərindən qaçılır. 4. Şifahi forması olmur. 5. Şəxssiz cümlələrdən geniş istifadə olunur. 6. Ədat, modal söz, nida kimi köməkçi nitq hissələrinə nadir hallarda müraciət olunur. 7. Lüğət tərkibi və sintaksisi yığcam və məhduddur. 8. Arxaik leksika və əski (köhnə) sintaktik konstruksiyalar uzun zaman qorunub saxlanılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti