Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

rezervasiya

lat. reservo – qoruyuram, saxlayıram

Ölkənin yerli əhalisi, yaxud azsaylı xalqlarına yaşamaq, təsərrüfat qurmaq üçün ayrılmış xüsusi sahə.

R. ətraf ərazilərdən bu və ya digər dərəcədə təcrid olunur, burada yaşayan əhalinin hərəkətinə məhdudiyyətlər qoyulur. Müxtəlif illərdə ABŞ-da və Kanadada hindular, Avstraliyada aborigenlər, CAR-da yerli qaradərili əhali üçün R.-lar mövcud olub.

Coğrafiya terminləri lüğəti