Epik əsərlərdə sənətkarın süjetə subyektiv müdaxiləsi; lirik haşiyə.
Ricətdə sənətkar hadisələrə, əhvalatlara, yaxud surətlərə şəxsi münasibətini ifadə edir. Ricətlər bədii əsərdə təkcə müəllifin dilindən deyil, obrazların dilindən də verilə bilər. M.Füzuli “Leyli və Məcnun” poemasında lirik ricətlərin gözəl nümunələrini yaradıb. Bu əsərdə qəzəl, qəsidə, rübai və mürəbbe janrlarına müraciət etməklə ricətlər verilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti