Dekonstruksiyaya uğramış mifoloji süjetlər əsasında yazılmış roman.
R-A. roman-mifdən fərqli olaraq özündə müstəqil janr konstruksiyasını ifadə edir. R-A.-də formanın saxlanılması ilə ənənəvi semantikanın dağıdılması baş verir. Məsələn, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında “Kitabi-Dədə Qorqud” dastanı dekonstruksiyaya uğrayır, dastanın qəhrəmanları tamamilə fərqli təsvir olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti