Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ROZA

latın. Roza sözündəndir, dilimizə tərcümədə qızılgül, qırmızı gül deməkdir. Azərbaycan antroponimikasında Qızılgül (bax: ad – QIZILGÜL) qadın adı olsa da, Roza adı da XX əsrin əvvəllərindən rus dili vasitəsilə alınma şəxs adları sırasındadır.

Roza məişətimizə XX əsrin otuzuncu illərinin əvvəllərindən daxil olmuş qadın adlarındandır. XX əsrin əvvəllərində Almaniyada inqilabçı qadınlardan birinin, Avropanın ən fəal kommunist hərəkatı üzvlərindən olmuş, silahdaşları arasında “sosialist bacı” kimi tanınmış yəhudi əsilli Roza Lüksemburqun (1870– 1919, alman dilində Rosa Luxemburg) adındandır. Keçən əsrin 60cı illərinə qədər Azərbaycanda populyar qadın adları sırasında olsa da, sonradan dəbdən düşmüşdür. Bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın digər respublikalarında geniş yayılmış qadın adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti