Reklam
Reklam

Məsəllər, deyimlər

RUBİKONU KEÇMƏK

►İşin, fəaliyyətin davam etdirilməsi ciddi təhlükə yaratsa belə, onu dayandırmağın mümkünsüzlüyünü vurğulayan ifadə.

İfadə böyük Roma imperatoru Yuli Sezara məxsusdur.

Eramızdan əvvəl I əsrin ortalarında Qalliyada canişin olan Qay Yuli Sezar Romaya yürüş edib Pompeyi devirmək və bu şəhərdə hakimiyyəti ələ almaq qərarına gəlir. Sezar öz legionerləri ilə Qalliyanı Romadan ayıran Rubikon çayının sahilinə gəlir.

Rubikonu keçmək Romaya qarşı üsyan demək idi. Odur ki Sezar burada bir qədər tərəddüd edir və çay sahilində düşərgə salır. Nəhayət, o, qoşununa «İrəli!» əmri verir. Rubikon çayını keçdikdən sonra Sezar əsgərlərə üz tutub deyir: «Rubikonu keçdik. Artıq geriyə yol yoxdur». İndi bir çox Avropa xalqlarının dillərində «Geriyə yol yoxdur» ifadəsi ilə yanaşı, «Rubikonu keçdik» ifadəsi də işlədilir. Bu iki ifadə eyni məna bildirir.

Bəzən bir işin, hansısa fəaliyyətin davam etdirilməsi riskli və təhlükəli olur, lakin həmin işin dayandırılması isə tam məğlubiyyət vəd edir. Bax həmin ifadə məhz belə məqamlarda işlədilir.

Məsəllər, deyimlər