azərb. saçlı saçları uzun, qalın saçı olan, hörükləri uzun mənasındadır. Saçlı məişətimizdə bu gün artıq unudulmaqda olan qadın adları sırasındadır.
Azərbaycanın Xalq Yazıçısı S.Rəhimovun (1900-1983) “Saçlı” romanındakı əsas surətin – Ruxsarənin adındandır. Əsərdə həddən artıq gözəl, savadlı həkim, mübariz qadın kimi təqdim edilən Ruxsarəni çox uzun qalın hörükləri olduğu üçün Saçlı deyə çağırırlar. Beləliklə, Saçlı adı əsərin əsas surətinə məhəbbətin nəticəsi kimi məişətimizə daxil olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti