1. Mürəkkəb olmayan, çətin olmayan, asan həll olunan, bəsit, asan. □ Sadə məsələ. Sadə iş.
2. Tərkibcə bəsit olan, qatışığı olmayan, mürəkkəb olmayan. □ Sadə cisim. Sadə mexanizm.
3. Təbii, adi, təmtəraqsız, sünilikdən uzaq, hamının başa düşəcəyi şəkildə, populyar. □ Sadə danışıq. Kitab sadə dildə yazılmışdır.
4. Heç bir şeylə başqalarından fərqlənməyən, ən adi, bəzək-düzəksiz, zinətsiz. □ Sadə geyim. Sadə şey. Sadə yemək.
5. Heç bir imtiyazı olmayan, adi, hamı kimi. □ Sadə fəhlə. Sadə müəllim babadır.
6. Cəmiyyətin zəhmətkeş hissəsinə mənsub olan; əməkçi, zəhmətkeş. □ Dünyanın sadə adamları.
7. Məcazi mənada: ürəyiaçıq, sadədil, sadəqəlbli, biclik bilməyən, tezinanan. □ Çox sadə adamdır, hər şeyə inanır.