Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

saf [saf] sifət ərəb

1. Tərkibi təmiz olan, heç bir qatışığı olmayan, xalis qatışıqsız. □ Saf qızıl. Saf inci. Saf metal. 
2. Sağlam, zədəsiz, salamat. □ Saf bədən. Saf ürək. Saf qan. 
3. Təmiz, aydın, parlaq, duru, şəffaf. □ Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrəkbuludlar onu gəlin aparan kimi əhatə etmişdilər. (H.Nəzərli). 
4. Məcazi mənada: təmiz, düz, namuslu. □ Saf adam.
5. Məcazi mənada: ləkəsiz, səmimi. □ Saf məhəbbət. Saf duyğu. Saf qəlb. 

Azərbaycan dilinin izahlı lüğəti