Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sağrı

Heyvanın beli ilə quyruğu arasındakı dolğun və yuvarlaq tərəf; yanbız, omba, yan. (“Koroğlu” dastanının lüğəti)

Paşa, sənə nişan verim Qıratı,

Əbrişim ipəkdən yalı gərəkdi.

Bir mina boyunlu, uca sağrılı,

Bir yarım hoqqadan nalı gərəkdi.

(“Həmzənin Qıratı aparmağı”)

Bu at çox gözəlləşmişdi: iri başlı, dolu gözlü, qara birçəkli, uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağrılı... (“Alı kişi”)    

Qıratı çəkməsəm, dağlar sökülməz,

Bəzməndin çəkməsəm, sağrı örtülməz.

Qabağımdan qaçan düşman qurtulmaz,

Qisas aldım, arzumanım qalmadı.

(“Korğlunun İstanbul səfəri”) (“Koroğlu–Hümmət”)

Azərbaycan dastanlarının leksikası