Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şahid1 [şa:hit] isim ərəb

1. Bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam. □ Mən bu hadisələrin şahidiyəm.

2. Özünə məlum olan bir iş haqqında şəhadət vermək üçün məhkəməyə çağırılan şəxs. □ Dava üçün bir qazı, isbat üçün min şahid. (Atalar sözü)

şahid2 sifət ərəb

Arxaizm. Gözəl, göyçək.

Apardı könlümü bir xoş qəmər yüz canfəza dilbər,

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər. (İ.Həsənoğlu)

Həmçinin bax:

coğrafiya: şahid dağlar Azərbaycan dilinin izahlı lüğəti