Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

şalax1

Ağdam, Daşkəsən, Gədəbəy, Xanlar, Kəlbəcər

Gen, boş, lax <iri geyim haqqında>.  Əynində bir şalax pencəyi var, elə bil ki, torbuya salıflar gədəni (Ağdam); Şalax paltar yaxşı durmoyu adamda (Daşkəsən); Paltar, timsalı əyninə yekə olanda deyillər şalaxdı (Kəlbəcər); Yox, bu sana çox şalax duror, bir ayrısını seçəsən gərəx' (Gədəbəy); Bu paltar sənin əyninə şalaxdı (Xanlar).

şalax2

Kəlbəcər, Oğuz, Şuşa

Pinti, səliqəsiz.  Paltarı pis giyər şalax adam (Oğuz); Nə şalaxsarj, üstünü, başını nə patdağa bıleyasan (Kəlbəcər).

şalax3

Xanlar

Gönülsüz, həvəssiz. □ Niyə şalax yere:ysən?; Xırmana qoşulan heyvanı sürən boş dursa, o da şalax yeriyər.

şalax4

Borçalı

Aciz, əfəl. □ Pampağ o adama de.irix' kin, şalağ adam olor.

şalax5

Borçalı, Culfa, Xanlar, Qax, Qazax, Ordubad

Çox yetişdiyi üçün yumşalmış qovun.  Şalax iri olor, əmmə dassız olor (Borçalı); Şalax dassız olor (Xanlar).

şalax6

Qax

Əxlaqsız <qadın>.

şalax7

Qax

Əldən düşmüş, zəifləmiş.

Azərbaycan dilinin dialektoloji lüğəti