Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

salğar1

Balakən, Qax, Kürdəmir, Salyan, Zaqatala

1. Tərəcə, qamışdan hörülmüş dam örtüyü (Kürdəmir, Salyan).  Salğarı qəlin toxuyurux ku, yağış dammasın; Salğari hörüb öyün üssünə sərrüg (Kürdəmir). 

2. Binanın ən yüksək hissəsi (Balakən, Qax, Zaqatala).

salğar2

Şamaxı

Qayda, qənaət. □ Salğarnan dolan.

salğar3

Salyan

Əltutan. □ Əhməd salğar kişidi.

Azərbaycan dilinin dialektoloji lüğəti