Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sallama gəraylı

Müxtəlif misralarında cığa bəndi işlənən gəraylı.

Ədəbiyyatımızda ilk dəfə Molla Cümənin yazdığı ehtimal olunur.

Aşiq məşuqdan ayrılsa,

Canı yanar,

Təzanə vurar,

Simin qırar,

Saz vay eylər.

Yarı yadla gəzən görsə,

Bir ah çəkər,

Qəddin bükər,

Yaşın tökər,

Göz vay eylər.

Qiyməti yoxdur maçının,

O müşk-ənbər saçının.

Baxtı dönsə bir ovçunun,

Murğu uçar,

Dağdan keçər,

Ceyran qaçar,

Düz vay eylər.

Fələk qoymur yetim kama,

Heç kəs dözməz bu sitəmə.

Dost boynuna Molla Cümə,

Qolun dolar,

Qurban olar,

Busə alar,

Üz ay eylər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti