1. Qonaqlar üçün qəbul otağı. □ ...bizi neçə otaqdan keçirib bir salonda əyləşdirdilər. (Ə.Haqverdiyev).
2. Zal. □ Məhkəmə salonu çadralı və çadrasız qadınlarla dolu idi. (T.Ş.Simurq).
3. Bərbərxanalarda kişi, qadın və uşaqlara xidmət etmək üçünayrılmış xüsusi otaq. □ Kişi salonu. Qadın salonu.
4. Bədii şeylər və incəsənət əsərləri satılan mağaza.
5. Avtomobillərin, avtobusların, trolleybusların və s.-nin sərnişinlərin oturduğu iç hissəsi.