Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

salza

ital. salsa – şor palçıq

Fəaliyyətdə və ya sönməkdə olan vulkanların yamaclarında, ətəklərində formalaşan palçıq vulkanı.

Neft-qaz yataqları sahəsindəki palçıq vulkanlarından fərqli olaraq mənşəyinə görə maqmatizmlə əlaqədardır. S.-ların xarakterik xüsusiyyəti kraterindən palçıqla yanaşı, yüksək temperaturlu qaz və su buxarının da püskürməsi, qaz tərkibində metanın olmasıdır. Onlar Avropada Xəzər, Azov və Qara dəniz sahillərində yayılıb. S.-lara həmçinin İslandiya, İtaliya və Yeni Zelandiyada təsadüf olunur.

Coğrafiya terminləri lüğəti