Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şam1 [şam] isim ərəb

1. İçinə fitil qoyulmuş piyli maddələrdən hazırlanan silindrik işıq ləvazimi. □ Yanır qəribanə kənd axşamları; Titrək işıqlarla məscid şamları. (S.Vurğun).
2. Lampa və s. işıq cihazları mənasında. □ Axşam oldu, gün batdı, şamlar yandı. (A.Səhhət).

şam2 [şam] isim fars

1. Axşam. Şam süfrəsi.
2. Axşam yeməyi. □ ...Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. (M.F.Axundzadə).

şam3 [şam]

Bax: şam ağacı.

Həmçinin bax:

frazeologizm: burnuna şam iyi dəyməyib frazeologizm: şam kimi ərimək Azərbaycan dilinin izahlı lüğəti