yun. sappheiros, qədim yəhudi dilində sappir – göy daş
Korund mineralının bir növü; göy yaqut.
Ti və Fe qatışıqlarından asılı olaraq rəngi göy və ya mavi olur. 1-ci sinif qiymətli daşdır. Əsasən, səpinti yataqlar əmələ gətirir. Sintetik S. korund kimi alınır. Sintetik rəngsiz korund leykosapfir adlanır.
Coğrafiya terminləri lüğəti