Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

saqqar1

Ağbaba, Basarkeçər, Borçalı, Hamamlı, Qazax

Qaşqa, təpəl. □ Başı qaşqa qoyuna saqqar deyirix' (Hamamlı); Saqqar atı gəti, furğona qoşax (Basarkeçər); Saqqar qoçu bəri gəti (Qazax); Saqqar qoyunun başı burdan belə ağ olur (Borçalı).

saqqar2

Qazax

Uzunsaqqallı keçi.

Azərbaycan dilinin dialektoloji lüğəti