lat. circulatio – fırlanma, dövretmə
1. Su hövzələrində su kütləsinin şaquli istiqamətdə yerdəyişməsi.
Ş.S. su hövzəsində temperatur, şorluluq, sıxlıq fərqinin yaranması və küləyin səth sularını “qovub gətirməsi” nəticəsində baş verir. Güclü Ş.S. apvellinq (suyun qalxması) və ya sinkinq (suyun enməsi) adlanır. Dünya okeanında suların Ş.S.-sı sxemini 1845-ci ildə rus fiziki Emil Lens təklif edib.
2. Müxtəlif hündürlüklərdə temperatur və təzyiq fərqi yaranması nəticəsində hava kütlələrinin şaquli istiqamətdə yerdəyişməsi.
Ş.S. soyuq havanın isti havanı sıxışdıraraq atmosferin nisbətən yuxarı qatına qaldırması ilə əlaqədardır. İsti havanın sıxlığı daha az olur və o, yuxarı qalxaraq alçaq təzyiq sahəsi yaradır. Nisbətən soyuq alt qatda yüksək təzyiq sahəsi formalaşır. Hava ardıcıl olaraq yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti