Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sarı1 [sarı] sifət

1. Narıncı rənglə yaşıl arasında olan (rəng), limon rəngi, qızıl rəngi. □ Kiçik süfrənin qırağında qoyulmuş sarı samovar buğlana-buğlana zümzümə edirdi. (S.Qədirzadə)
2. Bu rəngdə olan. □ Sarı çit. Sarı parça. Sarı saç. Sarı kəhrəba. 
3. İsim kimi: bu rəngdə olan. □ Sarıları ağlardan ayırmaq.
4. Müxtəlif mürəkkəb sözlərin və ya terminlərin birinci tərkib hissəsi.  □ Sarı zanbaq. Sarı qızılgül. Sarı acıotu. Sarı bıtraq.
5.İsim kimi: qızıl mənasında. □ Təmiz vicdanı heç bir sarı ləkələyə bilməz! (S.Rəhimov)

sarı2 [sarı] qoşma

1. Tərəf, səmt. □ Qapıya sarı getmək. Evə sarı gəlmək. Üzünü pəncərəyə sarı çevirmək. 

2. Ötrü, üçün (bəzən “ki” bağlayıcısı ilə). □ Ondan sarı ki, heçnən adam boğazlayırlar. (Mir Cəlal)
3. Sarıdan şəklində – tərəfindən, cəhətindən. □ Anam sarıdan nigaranam.

Həmçinin bax:

frazeologizm: çömçə tutan bizə sarıdır frazeologizm: dimdiyinin sarısı getməyib frazeologizm: sarı sim frazeologizm: sarı simə toxunmaq (vurmaq) frazeologizm: sarısını udmaq jurnalistika: sarı mətbuat coğrafiya: sarı torpaqlar Azərbaycan dilinin izahlı lüğəti