Reklam
Reklam

Etimologiya lüğəti

sarmaşıq

Sarmaq (sarımaq) sözündəndir. Sarmaşıq ağaca və s. dolanır (sarınır). Ona görə də bu adla adlanıb. Sözün törəmə kökü sarma hissəsidir. (Müqayisə et: dırma, dırma-n, dırma-ş) və indi müstəqil işlədilmir; -ş şəkilçisi burada feilin qar­şılıq növünü bildirmir, qayıdış növ düzəltmişdir. Dırmanırdırmaşır sözlərində -n və -ş şəkilçisi sinonimdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti