1. Bir şeyin ətrafına dolanmaq, sarılmaq. □ Eləmi tikan gülə; Sarmaşıb tikan gülə; Fələk də göz dikibmiş; Məngözüm dikən gülə. (Bayatı).
2. Qucaqlaşmaq, bir-birinə sarılmaq. □ Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. (M.Rzaquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti