ing. sound – səs + ing. bite – dişlək, parça
1. Siyasətçinin, ictimai xadimin çıxışından götürülərək radio və televiziya xəbərlərində səsləndirilən qısa, yaddaqalan cümlə, ifadə.
Termin 1970-ci illərdə ABŞ telejurnalistikasında yaranıb, 1980-ci illərdə mahir natiq Ronald Reyqanın prezidentliyi dövründə populyarlaşıb. Reyqanın Berlin divarının uçurulması zamanı söylədiyi «Mister Qorbaçov, bu divarları göz yaşları yıxdı» kimi S-B.-ları dünya mediasında təkrar-təkrar efirə verilib. Ümumiyyətlə, S-B.-lar çıxışçının məsələyə münasibətini çox yığcam və «əyani» şəkildə nümayiş etdirdiyi üçün auditoriyada maraq doğurur. Buna görə də Qərbdə piar texnologiyalarından geniş istifadə edən siyasətçilər böyük tədbirlər, xüsusilə prezident seçkiləri vaxtı çıxışlarında əvvəlcədən hazırlanmış, sonradan xəbərlərdə S-B. kimi istifadə oluna biləcək fikir və şüarlar səsləndirməyə çalışırlar. Misal: «Bu gün, həqiqətən, saund-bayt söyləmək günü deyil. Amma mən tarixin əlini çiyinlərimizdə hiss edirəm» (İngiltərənin baş naziri Toni Blerin Belfastda Şimali İrlandiya ilə danışıqlar zamanı nitqindən. 8 aprel 1998-ci il).
2. Videosüjeti, reklam çarxlarını müşayiət edən, tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət ustaları tərəfindən səsləndirilən qısa və ekspressiv ifadələr, şüarlar, çağırışlar.
Jurnalistika terminləri lüğəti