Cəbrayıl, Qafan, Qarakilsə, Meğri, Ordubad, Zəngilan
1. Gec (Qafan, Qarakilsə, Ordubad). □ Sava əkilən taxıl bizim dağlarda gəlip yetimir (Qarakilsə); Bizim bağda bir armıd var, həmişə o, sava yetişir (Qafan); Bir yağış yağsa, sava zəmilər yaxşı olar (Qafan).
2. Gec əkilmiş (Cəbrayıl, Zəngilan). □ Bizim bosdan savadı (Cəbrayıl); Un hexdar pabı:m savadı, i:rmisi herağaşdı (Zəngilan).
Həmçinin bax:
Azərbaycan dilinin dialektoloji lüğəti