Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sayə [sa:yə] isim fars

1. Kölgə. □ Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. (Q.Zakir). 
2. Məcazi mənada: himayə, mühafizə, qoruma. □ Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın. (M.S.Ordubadi). 
3. Sayəsində şəklində – “nəticəsində”, “səbəbilə”, “köməyi ilə” mənalarında. □ Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar. (F.Köçərli).

Azərbaycan dilinin izahlı lüğəti