Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

saz1 [saz] isim fars

Musiqi. Mizrabla çalınan, armudvarı çanağı olan simli xalq çalğı aləti. □ Saz çalmaq.

saz2 [saz] sifət fars

1. İşlətmək üçün tam yararlı, hazır halda olan; sınığı, zədəsi, nöqsanı olmayan; yaxşı təmir olunmuş. □ Saz maşın. Saz alət. Saz saat.

2. Möhkəm, qıvraq, sağlam, dözümlü. □ Bədəncə saz. Canı-başı saz.

3. Yaxşı, yerində. □ Onu Taşauzda gördüm, kefi saz; Ətirli tağlardan qovun dərərkən. (S.Rüstəm).

4. Sazdır şəklində – yaxşıdır, düzgündür, qaydasındadır, yerindədir mənalarında. □ Demək ki, keyfiniz sazdır. (M.S.Ordubadi).

Həmçinin bax:

frazeologizm: aranı saz eləmək frazeologizm: arası kök (saz) olmaq frazeologizm: çənədən saz frazeologizm: kefi saz frazeologizm: qəm sazını çalmaq frazeologizm: qulağını saza vermək Azərbaycan dilinin izahlı lüğəti