Məzəmmәt, lağ, yüngül istehza xarakterli şeir parçaları.
Folklorda vә aşıq poeziyasında xüsusilә geniş yayılıb. Ş.-dә hәr hansı şәxsin xarakterindәki, davranışındakı bu vә ya digәr naqis cәhәti gülüş obyektinə çevrilir. Aşıq Әlәsgәrin “Ala gözlü, nazlı dilbər” misraları ilə başlayan gəraylısı Ş.-yə misal ola bilər:
O vədə ki gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?!
***
Әlәsgәrlә çәkmә dava,
Ariflәr baxsın hesaba,
Cehizindi qırıq tava,
Malından xәbərin varmı?
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti