ər. – bənzər, oxşar
Keçmişdə şiələrin məskunlaşdığı Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda geniş yayılmış dini mərasim tamaşası.
Meydan tamaşasının formalarından biri olan Ş.-in süjet xətti Məhəmməd peyğəmbərin nəvəsi Hüseynlə Əməvi xəlifəsi Yezid arasında 680-ci ildə baş vermiş Kərbəla döyüşündəki hadisələr əsasında qurulur. Yezidin qələbəsi ilə başa çatmış həmin döyüşdə imam Hüseyn və onun tərəfdarları şəhid olublar. Bununla əlaqədar hər il məhərrəmlik ayının əza (matəm) adlanan ilk 10 günü ərzində şiəlik yayılmış yerlərdə həmin faciəni əks etdirən Ş. tamaşaları göstərilir. Keçmişdə Azərbaycanda “İmam Hüseynin şəhid olması”, “Həzrət Abbasın şəhid olması”, “Əliəkbərin şəhid olması”, “Fatimənin qətli”, “Qasım Həsən oğlunun şəhadəti”, “Kərbəla davası” (müsibəti), “Əlinin qətli”, “Tiflani-Müslüm” və bu kimi Ş. tamaşaları geniş yayılıb.
Tarix terminləri lüğəti