1. Sapa düzülmüş mirvari, inci.
2. Dialektlərimizdə şəddə “qadın baş örtüyü” mənasında işlənir.
Gözəllər yığılıb hamısı kəndə,
Sənəyin doldurub burdan ötən də,
Şamaxı şəddəli gərdənbənd təndə,
Əyrimcədən keçər beli qızların.
(“Qurbani”)
*
Şəddə çalıb, zülf tökülüb bellərə,
Mən qurbanam zikr eliyən dillərə.
Sənsiz gedər olsam bizim ellərə,
Oluram dərdündən divana, Gülgəz!
(“Abbas”)
Azərbaycan dastanlarının leksikası