ərəb.
Bəzi balıqqulağıların iç qatını təşkil edən bərk maddə.(“Koroğlu” dastanının lüğəti)
Sazı bəzəmək üçün istifadə olunur.
Qoşun çıxdı Çənlibelin düzünə,
Qurban olum şagirdinin gözünə,
Xırda sədəf doğra sazın üzünə,
Usta, qulun ollam, al düzəlt sazı!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Şagird durub köhnə bir saz gətirdi. Koroğlu baxıb gördü kara gələn saz deyil, dedi:
– Ustad, mənə sədəfli, burğulu bir saz ver.
Yaqub əsəbiləşib dedi:
– ... bəyəm Koroğlusan ki, sədəfli, burğulu yüz tümənlik saz istəyirsən? (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası