1502–1736-cı illərdə İranda və Azərbaycanda hakimiyyətdə olmuş, eyniadlı dövlətin əsasını qoymuş sülalə.
S.-in başçılıq etdiyi bu dövlət həmin dövrdə Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərindən biri olub. Tədqiqatçıların böyük əksəriyyətinin fikrincə, S. türk mənşəli olublar. S.-in hakimiyyətdə olduğu dövrü birmənalı dəyərləndirmək olmaz. Bir tərəfdən onların hakimiyyətə gəlməsi ictimai-siyasi, iqtisadi və xüsusilə də hərbi sahədə türklərin rolunun artmasına səbəb olub, Azərbaycan türkcəsinin inkişafına təkan verib. Digər tərəfdən isə İranın islamaqədərki bir çox dini inanclarının öz əksini tapdığı, bu səbəbdən də farsların milli dini hesab edilən şiəliyin dövlət dini elan olunması və Azərbaycan türkləri arasında bərqərar edilməsi sonuncuların kütləvi farslaşmasına təkan verib. Yalnız XIX əsrin ortalarında M.F.Axundovla başlanan milli intibah prosesləri gedişində azərbaycanlıların tamamilə farslaşması təhlükəsi aradan qaldırılıb.
Tarix terminləri lüğəti