Reklam
Reklam

Tarix terminləri lüğəti

şəfibəyçilik

XX əsrin 20-ci illərinin sonu – 30-cu illərinin əvvəlində Şəfi bəy Rüstəmbəyli (1893–1960) başda olmaqla bir qrup şəxsin Azərbaycan mühacirləri arasına təfriqə salmaq cəhdlərinə tarix ədəbiyyatında verilmiş ad.

Bu cəhdlər həmin dövrdə azadlıq mücadiləsinə rəhbərliyi həyata keçirən Azərbaycan Milli Mərkəzini parçalamaq məqsədinə xidmət edib. Ş. termini ilk dəfə M.Ə.Rəsulzadənin 1934-cü ildə yazdığı “Şəfibəyçilik” əsərində işlədilib. O, Ş.-i “Azərbaycan milli hərəkatına qarşı atılan şübhəli intriqalar” kimi qiymətləndirib.

Tarix terminləri lüğəti