İri yaşayış sahələrində təbii mühitin, sənaye, nəqliyyat və tikintinin inkişafı, əhalinin fəaliyyətinin təsiri altında dəyişərək formalaşan iqlim.
Temperaturun ətraf əraziyə nisbətən yüksək olması (iri şəhərlərdə, adətən, 3-5°), buxarlanma ilə nisbi rütubətin azlığı, günəş işıqlanması vaxtının qısalması, xüsusən ilin soyuq aylarında dumanın artması, havanın sənaye tozları və müxtəlif qazlarla yüksək dərəcədə çirklənməsi Ş.İ.-ni səciyyələndirən xüsusiyyətlərdəndir. Ayrı-ayrı rayonlarda ekoloji vəziyyətdən, relyefdən asılı olaraq şəhər daxilində fərqli iqlim tipləri (mikroiqlimlər) yarana bilər. Ş.İ. spesifik (sinantrop) fauna və floranın əmələ gəlməsinə səbəb olur.
Coğrafiya terminləri lüğəti