1. İçində şəkillər olan; rəsmli. □ Şəkilli jurnal. Şəkilli məcmuə.
2. Məcazi mənada: gözəl, göyçək, qəşəng, gözə xoşgələn, gözəşirin. □ Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı).
3. Adətən rəqəmlərlə səhnədə və ya kinoda göstərilən əsərin neçə şəkildən ibarət olduğunu bildirir. □ 10 şəkilli əsər.