Bu quşun adı onun çıxardığı səslə bağlıdır. Bir sıra türk dillərində sərçə yerinə cib-cib, cıpçıq, cik-cik kimi sözlər işlədilir. Görünür, sərçə kəlməsi həmin sözlərin dəyişmiş formasıdır. Tatarıstan dilçiləri özlərinin işlətdikləri cıpçıq kəlməsini quşun çıxartdığı səs əsasında izah edirlər.Özbəklər bunun yerinə, çumçuq işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti