Dini mәzmunlu, süjetli şeir parçaları.
Qafiyә quruluşu, әsasәn, məsnəvidә olduğu kimidir. Ş-H.-də peyğəmbәrin hәdislәrindәn birinin şәrhi verilirdi. Belә şeir parçalarını şәrti olaraq iki hissәyә ayırmaq olar. Birinci hissәdә Məhəmməd peyğəmbərin hәdisinin qısa mәzmunu verilir, bunun ardınca isә şairin didaktik xarakterli tәfsiri gəlir. Ş-H.-lərdə dini mövzu müasir həyatla, әxlaq vә mənәviyyat problemləri ilә, ictimai inkişaf vә tәrәqqinin zәruriliyi ilә әlaqәlәndirilir. Şair bir tәrəfdәn peyğәmbәrin nәsihәt vә kәlamlarının, habelə ibrәtamiz hekayәtlәrinin bütün dövrlәr üçün müasirliyini göstәrir, o biri tәrәfdәn isә hәmin hәdisdәn çıxış edәrәk özünün bir sıra nәsihәtamiz ideyalarını oxuculara çatdırır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti