Reklam
Reklam

Tarix terminləri lüğəti

“Şərq məsələsi”

XVIII əsrin sonu – XX əsrin əvvəlində Osmanlı imperiyasındakı siyasi və iqtisadi qeyri-stabilliklə əlaqədar kəskinləşmiş ziddiyyətləri ifadə etmək üçün Avropa ölkələrində işlənən termin.

Bu imperiyanın süqutunu qaçılmaz hesab edən aparıcı Avropa dövlətləri (Rusiya, Fransa, İngiltərə, Avstriya, sonradan İtaliya və Almaniya) osmanlıların əlində cəmləşmiş torpaqların bölüşdürülməsi uğrunda mübarizəyə qoşulub. Balkanları və İstanbulu osmanlıların əlindən almaq, habelə Osmanlı dövləti ərazisində yaşayan xristian azlıqların xeyrinə islahatlar həyata keçirmək pərdəsi altında ölkəni zəiflətmək, son nəticədə onun parçalanmasına nail olmaq Ş.M.-nin mahiyyətini təşkil edib. Bəzən Orta Asiya və Qafqazla bağlı siyasi problemlər kompleksi də Ş.M.-nə aid edilib. Bu termin ilk dəfə “Müqəddəs ittifaq”ın Verona konqresində (1822) işlədilib. Mustafa Kamal Atatürkün başçılıq etdiyi milli azadlıq mücadiləsi Ş.M.-nə birdəfəlik son qoyub.

Tarix terminləri lüğəti