ing. settlement – məskən, koloniya
1. Anqlosaks ölkələrinin mülki proseslərində tərəflər arasında razılıq.
Həmin razılığa əsasən, məhkəmə baxışı hələ qərar çıxarılmamış dayandırılır.
2. Kolonializm dövründə müstəmləkələrdə şəhərin yerli hakimiyyətin yurisdiksiyasına aid olmayan, xarici vətəndaşlar yaşayan hissəsi.
3. Çində XIX–XX əsrlərdə bir sıra iri şəhərlərdə xaricilərə icarəyə verilən xüsusi məhəllələr.
Eksterritoriallıq hüququna malik olan S.-lər müvafiq xarici dövlətin silahlı qüvvələri tərəfindən qorunub və həmin ərazidə Çin qanunları işləməyib. Çinlilərin S. ərazisində daşınmaz əmlak almaq hüququ olmayıb.
Tarix terminləri lüğəti