ərəb. sevda (əslində sauda) sözündən olub, sevgi, eşq, hiss edilən şiddətli arzu anlamlarını ifadə edir.
Ərəblərdə Sevda İslamaqədərki qadın adları sırasındadır. Məişətimizdə orta əsrlərdə də mövcud olmuş Sevda adının XX əsrdən etibarən məişətimizdə yenidən populyar olması, əminliklə demək olar ki, H.Cavidin “Xəyyam” dramındakı qəhrəmanın adı ilə bağlıdır. Artıq unudulmaqda olan ad əsərdə əsas surətlərdən birinin adı kimi işlədilmiş, bu da Sevda adının yenidən məişətimizdə yayılmasına, populyarlaşmasına səbəb olmuşdur. XX əsrdə olduğu kimi, bu gün də Sevda məişətimizdə geniş yayılmış qadın adları sırasındadır. Azərbaycan şəxs adları sistemində tərkibində adın işləndiyi mürəkkəb qadın adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti