Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şəxsi [şəxsi] sifət ərəb

1. Bir şəxsə, adama məxsus (aid) olan, şəxsən onun özü üçün olan, özünün; bir şəxsin özünə məxsus olan, onun istifadəsində olan; xüsusi. □ Şəxsi mülk. Şəxsi maşın. Şəxsi həyat.
2. Ayrıca bir şəxsə aid olan, ancaq ona xidmət edən. □ Şəxsi katib. Şəxsi mühafizə dəstəsi.
3. Müəyyən şəxsə xas olan; şəxsiyyətə aid. □ Şəxsi fikir. Şəxsi rəy. Vətəndaşların şəxsi hüquqları. Şəxsi toxunulmazlıq. 
4. Bir şəxsin xüsusi ailə həyatına, ailə münasibətlərinə aid olan. □ Başqalarının şəxsi həyatına qarışmaq. Şəxsi həyatları yaxşı deyil.
5. Müəyyən şəxsə yönəldilmiş, ona toxunan. □ Şəxsi təhqir. Mən bunu özümə şəxsi həqarət sayıram.

Həmçinin bax:

jurnalistika: şəxsi həyat jurnalistika: şəxsi həyat sirri jurnalistika: şəxsi həyatın toxunulmazlığı jurnalistika: şəxsi maraq jurnalistika: şəxsi və ailə həyatına dair məlumat Azərbaycan dilinin izahlı lüğəti