Dəlicəsinə vurğun, eşqdən ağlını itirmiş, məftun, divanə.
Şeyda bülbül şəklində daha çox işlənir.
Deyəsən, şeyda bülbüldü,
Baharı yazınan gəlir.
İçməmişəm ayılam,
Ağıl gedib, zayılam.
(“Tahir və Zöhrə”)
Hanı bu bağçanın gülü?
Oxumur şeyda bülbülü,
Koroğlu, üç əsir dəli,
Şirin candan keçən gəlsin!
(“Durna teli”)
Eyvaza bitirdim güllər,
Oxuyur şeyda bülbüllər,
Koroğlu, başına küllər!
Eyvaz əyləndi, gəlmədi.
(“Durna teli”) (“Bağdad–Əsəd”)
Azərbaycan dastanlarının leksikası