►Hər hansı fitnəyə, narazılıq və ya qarşıdurmaya səbəb olan qüvvə və vasitə haqqında işlədilən ifadə.
İfadə xalq arasında geniş yayılmış bir məşhur əhvalatla bağlı meydana çıxaraq ümumilәşmişdir.
Həmin əhvalatda deyilir: «Günlərin bir günündə şeytanla oğlu bir təpənin üstündә oturub kәndә tamaşa edirdilәr. Uzaqdan dәyirmana öküzlə buğda aparan bir kəndlini görürlər. Az keçmir ki, kәndlinin yüklü öküzü öz-özünə soncuqlamağa başlayır. Kəndli nə qədər dilə tutsa da, heyvan sakitləşmək bilmir. Belə olanda kişi ucadan üç dәfә deyir: «Lәnәt sәnә, kor şeytan!»
Bu sözləri eşidən balası şeytandan soruşur: «Ay ana! Sən təpənin başında oturub kәndә baxırsan və heç nə də eləmirsən. Bəs öküz soncuqlayanda yiyәsi niyә sәnә lәnәt oxudu?» Şeytan balasına baxıb gülә-gülә deyir:
– Bala, mәn burda otursam da, barmağım öküzün quyruğunun altındadır».
Ona görə də səbəbi dəqiq bilinməyən və ya hansısa qüvvə tərəfindən törədildiyi güman edilən narahatlıq yaradan işlərdə «burada şeytan barmağı var», yaxud «lәnәt şeytana!» ifadələri işlədilir.
Bu ifadə ilə yanaşı, dilimizdə «ingilis barmağı», «burda bir barmaq var» kimi geniş yayılmış ifadələr də mövcuddur.
Məsəllər, deyimlər