Reklam
Reklam

Məsəllər, deyimlər

ŞEYTANIN VƏKİLİ

►Hər şeyi qara görən bədniyyətlər, yalnız pis şeylər haqqında danışanlar, şər təmsilçiləri sayılanlar barədə işlədilən ifadə.

İfadə orta əsrlərin kilsə ənənələrindən qaynaqlanır.

Orta əsrlər xristianlığında belə bir adət var idi ki, yeni rəhbərin (yeni müqəddəsin) təsdiq olunması haqda qərar verəndə iki monax arasında disput təşkil edilirdi. Onlardan biri Allahın vəkili sayılırdı və «qurbanı», yaxud «müqqədəsi» hərtərəfli tərifləyirdi. Digərinə isə tapşırılırdı ki, təsdiq olunacaq müqəddəsin günahının çox olduğunu və belə böyük rütbəyə layiq olmadığını sübut etsin. Adam haqqında yalnız mənfi şeylər deyən həmin ikinci şəxs «Şeytanın vəkili» adlanırdı.

Sonralar başqaları haqqında yalnız qərəzli, pis danışanları, yaxşı şeylərin çatışmayan cəhətlərini, mənfi tərəflərini tapmağa çalışan adamları da belə adlandırmağa başladılar.

Məsəllər, deyimlər