1. Eyvan.
2. Kölgəlik. (“Koroğlu” dastanının lüğəti)
Fələk, şad könlümdən alma həvəsi,
Ayırma yarımdan, tutaram yası.
Necə oldu bu seyvanın yiyəsi?
Dərd-qəmi var, tamam ağlar qalıbdı.
(“Səyyad və Sədət”)
Mən gələndə seyvanda durmuşdu,
Ağ üzündə halqa birçək burmuşdu,
Firəngi qayçıynan telin vurmuşdu,
Oğul, sən adın de, mən nişan verim.
(“İrvahım”)
Baz da der ki, bəni bəylər götürür,
Üstümüzə ala seyvan örtdürür,
Sənin bağun bir atmaca götürür
Yeri, var get, hey quşların cürəsi.
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası