►Hәlli böyük fәrasәt, zəka vә hazırcavablıq tәlәb edәn müәmmalı mәsәlә haqqında işlədilən ifadə.
İfadə yunan mifologiyasından qaynaqlanaraq yayılmışdır.
Yunan əfsanələrinə görə, Sfinks – qadın sifətli, şir bədənli və böyük quş qanadları olan bədheybətdir. O, Fivin şəhər qapılarının yanında hündür bir təpədə dayanır və hər yoldan keçənə eyni sualı verirdi: «Kim səhər dörd, günorta iki, axşam isə üç ayaq üstə gəzir?» Tapmacanın cavabını tapa bilməyənləri bu bədheybətin pəncələri arasında dəhşətli ölüm gözləyirdi.
İnsanlardan yalnız Fiv şəhəri hökmdarının oğlu Edip tapmacanın doğru cavabını tapmışdı. Cavan oğlan belə cavab vermişdi: «Körpə uşaq dörd ayaq üstə iməkləyir, böyük adam iki ayaq üstə gəzir və qocalar isə əlağacına söykənərək hərəkət edirlər».
Tapmacanın tapıldığını görәn Sfinks buna dözә bilmәyib özünü öldürür (başqa rәvayәtә görә isә onu Edip öldürmüşdür).
Məsəllər, deyimlər