Reklam
Reklam

Məsəllər, deyimlər

SİÇAN DA DƏMİR ÇEYNƏRMİŞ

►Kiminsə bu vә ya başqa qabiliyyәtinә şübhә ilә yanaşdıqda rişxәndlə işlədilən ifadә.

İfadə Şәrqdә çox mәşhur olan qәdim hind rәvayәtlərindәn ibarәt «Tutinamә»dәn qaynaqlanaraq yayılmışdır.

«Tutinamә»dəki əhvalatların birində deyilir ki, qonşu vilayәtlәrә sәyahәt etmәk istәyәn bir tacirin çoxlu dәmiri var idi. O həmin dәmirlәri saxlamaq üçün tacirlәrin rәisinә verir vә sәyahәtә çıxır. Lakin qayıdıb gәlәndәn sonra dәmirini istәdikdә tacirbaşı cavab verir ki, sәnin dәmirlәrini siçanlar yeyib.

Tacir bir söz demir. Bir müddәtdәn sonra tacirbaşının oğlunu oğurlayıb mağarada gizlәdir. Atasına isә deyir ki, sәnin oğlunu qartal apardı. Atası inanmır ki, qartal uşağı apara bilsin. Onda tacir deyir: «Bir yerdә ki siçan dәmiri çeynәyib yeyә, orada qartal nәinki uşağı, hәtta fili dә apara bilәr».

Şәrqdә çox mәşhur olan bu әhvalatın daha qәdim variantı «Kәlilә vә Dimnә»dә də təsvir edilmişdir.

Məsəllər, deyimlər