Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şikəstə [şikəsdə] isim fars

1. Musiqi. Segah məqamında zərbli muğam. Sürü-sürü qoyunları çoban yamacda otladır; Alır ələ papağını, oxur şikəstə, fit çalır. (A.Səhhət). 
2. Sifət kimi məcazi mənada: klassik ədəbiyyatda sınıq, qırıq, qırılmış, sınmış mənalarında işlənmişdir. □ İntizarın mən çəkirəm neyvəstə; Könül pərişandır, xatir şikəstə. (M.V.Vidadi).
3. Sifət kimi məcazi mənada: qəlbi qırılmış, qəlbi yaralı, ürəyi sınmış. □ Şikəstə Zakirəm, sevmişdim səni; Atəşi-fəraqə yandırdın məni. (Q.Zakir). 
4. Fars yazısında işlədilən, sürətlə yazılan yazı xətlərindən birinin adı. □ Şikəstə xətti.

Azərbaycan dilinin izahlı lüğəti