1. Təkər qurşağı; təkərin üstünə taxılan dəmir çənbər. □ Təkərin dəmir şini xırda daşları əzib qıcırdadı. (İ.Şıxlı).
2. Avtomobil təkərinin, içi hava ilə doldurulan rezin çənbəri. □ Şinlər sərbəst gedişini təmin etmək və hərəkət hissələrini tez yeyilmədən qorumaq üçündür. (Ə.Əliyev).
3. Tibb. Bədənin (çox vaxt qolun, qıçın) bintlənmiş yerinin tərpənməməsi üçün sarğının altından qoyulan lövhəcik.