Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şir1 [şir] isim fars

1. Zoologiya. Pişiklər fəsiləsindən qısa, sarımtıl tüklü, iri gövdəli məməli yırtıcı heyvan; aslan. Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. (A.Səhhət). 
2. Məcazi mənada: çox qoçaq, qorxmaz, qüvvətli adam haqqında. □ Qoçaqdı, şirdi balam; Qiblədi, pirdi balam; Gəl, fələk, qıyma mənə; Yazığam, birdi balam. (Bayatı).

şir2 [şir] isim

Saxsı qabların üzünə çəkilən şüşəyəoxşar parlaq ərinti.

Həmçinin bax:

frazeologizm: şir gücəndi siçan doğdu frazeologizm: şir ürəyi yemək Azərbaycan dilinin izahlı lüğəti